sa sa 819
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Mərkəzi Nəbatət Bağında monitorinq keçiriblər + Foto İyl 22, 2022 | 12:00 / Ezamiyyətlər

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. dos. Nərgiz Sultanova, kiçik elmi işçilər Nərgiz Bayramova və Aysel Mədədli Mərkəzi Nəbatət Bağının üzüm, tərəvəz və bostan bitkiləri əkilmiş təcrübə sahəsində monitorinq keçiriblər. Monitorinqin əsas məqsədi bitkilərdə rast gəlinən əsas virus xəstəliklərinin tədqiqi olmuşdur. Bu məqsədlə ilkin olaraq bitkilər vizual diqnostika edilmiş, yarpaqlarında saralma, qızarma, qıvrılma-burulma, nekroz ləkələr və s. simptomlar rast gəlinən bitikilərdən nümunələr toplanmışdır.  Çöl tədqiqatları zamanı sözügedən ərazilərdən virus simptomlarına malik olan üzüm, tomat, bibər,  xiyar, yemiş, qarpız və s. bitkilərin yarpaqlarından nümunələr toplamışdır.  Növbəti mərhələdə virusların növünü müəyyənləşdirmək məqsədilə bitkilər laborator şəraitdə seroloji və molekulyar diaqnostika ediləcəklər.