Sentyabrın 15-də Molekulyar Biologya və Biotexnologiyalar İnstitutunun magistrturasında dərslər başlayıb. Tədris ilinin ilk günündə tələbələri salamlayan akademik İradə Hüseynova İnstitutun magistraturasını bitirən gənclərin uğurlarından bəhs edib. O qeyd edib ki, MBBİ-nin məzunlarının bir çoxu xarici ölkələrdə, Oksford, Monpelye, Gent, İstanbul və digər universitetlərdə doktorantura təhsili alır və ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycan elminin gələcək inkişafı belə istedadlı gənclərdən asılıdır. Akademik tələbələrə təhsildə uğurlar arzulayaraq onların da gələcəkdə nailiyyətlər qazanacağına inamını ifadə edib. “Molekulyar biologiya”, “Biotexnologiya”, “Biokimya” və “Bitki fiziologiyası” ixtisasları üzrə təhsil alan tələbələr ilk dərs günündə “Gen və zülal mühəndisliyi”, “Bitkilərin tənəffüsü”, “Bitki biotexnologiyası”, “Proteomiks”, “Böyümə, inkişaf və davamlılığın fiziologiyası”, “Sənaye və qida biotexnologiyası” fənlərindən mühazirələr dinləyiblər.