sa sa 729
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları tərəfindən fitopotoloji monitorinqlər keçirilib + Foto Sen 20, 2022 | 16:00 / Ezamiyyətlər

AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının kiçik elmi işçiləri Nərgiz Bayramova və Aysel Mədədli  Salyan, Cəlilabad və Masallı rayonlarında ezamiyyətdə olublar. Bitkilərdə yayılmış virus və fitoplazma xəstəliklərinin vaxtında və düzgün diaqnostikasını həyata keçirmək məqsədilə  12-13 sentyabr tarixlərində Salyan, 14-15 sentyabr tarixlərində Cəlilabad, 16-17 sentyabr tarixlərində isə Masallı rayonlarında yerləşən müxtəlif fərdi təsərrüfatlarda, həyətyanı sahələrdə və bağlarda fitopotoloji monitorinqlər həyata keçirilib. Monitorinqlər zamanı üzüm, tomat və bibər bitkilərində virus və fitoplazma xəstəliklərinin xarakterik simptomları müəyyən edilərək, xəstəliklərin ilkin vizual diaqnostikası və  müşahidə edilən ərazilərin fitopatoloji qiymətləndirilməsi həyata keçirilib. Toplanmış nümunələr molekulyar tədqiqatlar aparılması məqsədilə  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasına gətirilib.