sa sa 5510
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Biologiya” ixtisası üzrə təhsil alan magistrantların birgə mühazirələri keçirilir + Foto Sen 21, 2022 | 16:06 / Dərslər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Biologiya” ixtisası üzrə təhsil alan birinci kurs magistrantlarının “Biologiyanın tarixi və metodologiyası” və “Biologiyanın müasir problemləri” ixtisaslaşma fənləri üzrə birgə mühazirələrinə başlanılmışdır. Mühazirələrdə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan 12, Genetik Ehtiyatlar İnstitutundan 3, Mikrobiologiya İnstitutundan 3, Botanika İnstitutundan 3, Zoologiya İnstitutundan 3 tələbə olmaqla, cəmi 24 magistrant iştirak edir. Qeyd etmək lazımdır ki, ümumi ixtisas fənlərin birgə tədris olunması keçən ildən başlayaraq həyata keçirilir.  “Biologiyanın tarixi və metodologiyası” kursu AMEA-nın müxbir üzvü, b.e.d., professor İbrahim Əzizov tərəfindən tədris olunur. “Biologiyanın müasir problemləri” fənni üzrə isə biologiya sahəsində müxtəlif institutlarından olan aparıcı alimlər, o cümlədən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan AMEA-nın müxbir üzvü İlham Şahmuradov, professor Qərib Mürşüdov, b.ü.f.d., dosent Nurməmməd Mustafayev, b.ü.f.d., dosent Ələmdar Məmmədov, b.ü.f.d., dosent Samirə Rüstəmova, Mikrobiologiya İnstitutundan AMEA-nın müx. üzvü Pənah Muradov, Genetik Ehtiyatlar İnstitutundan b.e.d., dosent Mehrac Abbasov tərəfindən biologiyanın ən son nailiyyətləri və həll olunmamış aktual problemlərinə toxunan mövzularda mühazirələrin oxunması nəzərdə tutulub.