sa sa 693
“Bitki fiziologiyası” ixtisası üzrə dissertasiya işi Elmi seminarda müzakirəsi olunub + Foto Sen 26, 2022 | 09:00 / Mühüm hadisələr

Sentyabrın 23-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 dissertasiya şurasının Bitki fiziologiyası” ixtisası üzrə üzrə Elmi seminarında Ilahə Hacıyevanın 2411.02-“Bitki fiziologiyası” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Duzun yüksək qatiliğinin təsiri zamani şəkər çuğunduru bitkisinin morfofizioloji və biokimyəvi xüsusiyyətlərinin tədqiqi” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri b.e.d., professor, Əməkdar elm xadimi, mərhum Qasımov Neymət olmuşdur. İddiaçı dissertasiya işinin əsas müddəalarını seminar iştirakçılarının diqqətinə çatdırıb, işin aktuallığı, məqsədi və alınan nəticələr barədə ətraflı məlumat verib.

Rəyçilər –biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Biofizika və Biokimya kafedrasının professoru Nağı Musayev və AR KTN Əkinçilik ET İnstitutu Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Atabəy Cahangirov dissertasiya işi haqında ətraflı məlumat veriblər. Sonra dissertasiya ətrafında müzakirələr aparılıb. Biologiya üztrə fəlsəfə doktorları Mahirə Məmmədova, Ulkər İbrahimova və Mayaxanım Xanışova dissertanta təklif və rəylərini bildiriblər.

Sonda Elmi seminarın üzvləri tərəfindən gizli səsvermə yolu ilə “Duzun yüksək qatiliğinin təsiri zamani şəkər çuğunduru bitkisinin morfofizioloji və biokimyəvi xüsusiyyətlərinin tədqiqi” mövzusunda dissertasiya işi yekdilliklə müsbət qiymətləndirilib və ED 1.25 Dissertasiya şurasında müdafiəyə təqdim edilməsi tövsiyə olunub.