AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 23 və 26 sentyabr tarixlərində 2022-ci il üçün Mülki müdafiə üzrə təqvim planına uyğun olaraq tədbirlər keçirilib. İnstitut Mülki müdafiə qərargahının rəisi vəzifəsini icra edən Mikayıl Paşayev yanğın söndürmə balonlarının iş prinsipi ilə əməkdaşları tanış edib və yanğının söndürülməsi üçün balonların istifadə olunması qaydalarını izah edib. Daha sonra institutun əməkdaşları balonlardan istifadə etməklə şərti yanğını söndürərək praktiki vərdişlərə yiyələniblər.