sa sa 701
Süni fotosintezin üfüqləri Okt 03, 2022 | 14:00 / Nəşrlər

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Federasiyasının əməkdar elm xadimi, REA K.A.Timiryazev adına mükafatın laureatı, Qlobal Enerji Mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunun İdarə olunan fotosintez laboratoriyasının rəhbəri, AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasınin rəhbəri, Süleyman Allahverdiyevin https://globalenergyprize.org/ saytında “Süni fotosintezin üfüqləri” adlı məqaləsi dərc olunub.

Alim qeyd edir ki, dünyada ənənəvi enerji ilə yanaşı, alternativ, ekoloji cəhətdən təmiz enerji mənbələri iqtisadiyyata tədricən cəlb olunmaqdadır. Bir qayda olaraq, "ekoloji cəhətdən təmiz alternativ enerji mənbələri" konsepsiyası çərçivəsində onun ən çox yayılmış altı növü nəzərdən keçirilir: günəş enerjisi, külək enerjisi, hidroenergetika, geotermal enerji, biokütlənin molekulyar hidrogenə emalı nəticəsində əldə edilən enerji və bioyanacaq enerjisi. Günəş enerjisi tükənməz olduğundan yuxarıda sadalanan alternativ enerji mənbələrindən günəş enerjisi ən perspektivli hesab edilə bilər. Günəş enerjisinin digər enerji növlərinə çevrilməsinin təbii prosesi fotosintezdir. Fotosintetik orqanizmlər təxminən 3,5 milyard il əvvəl günəş işığının enerjisini onlar üçün faydalı olan kimyəvi birləşmələrin enerjisinə çevirməyi öyrəniblər. Bu gün hidrogenin alınmasının yeni, alternativ üsullarının təkmilləşdirilməsi və yaradılması istiqamətində xeyli iş aparılır. Bəşəriyyətin gələcəyi ucuz və ekoloji cəhətdən təmiz molekulyar hidrogen istehsal etmək üçün günəş işığından, sudan və səmərəli katalizatordan istifadə etməkdədir.

Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://globalenergyprize.org/