sa sa 728
İnstitutun Elmi Şurasında bir sıra məsələlər müzakirə edilib + Foto Okt 05, 2022 | 16:09 / Konfranslar, iclaslar

Oktyabrın 5-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Elmi şuranın sədri AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. Əvvəlcə akademik İ.Hüseynova 5 Oktyabr – Ümumdünya Müəllimlər Günü münasibətilə institutun müəllim-pedaqoq heyətini təbrik edib, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirdiyini, onlara böyük hörmətlə yanaşdığını, təhsil işçilərinin maddi vəziyyətinin və rifahının yaxşılaşdırılmasına xüsusi qaygı göstərdiyini vurğulayıb. Qeyd edib ki, bu gün elm və təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edən Prezident İlham Əliyev yeni və müasir tələblərə cavab verən məktəblərin tikintisinə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir texnoloji avadanlıqlarla təmin ediməsinə xüsusi diqqət göstərir. Sonra akademik İradə Hüseynova Xloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizovu 75 illik yubileyi münasibətilə kollektiv adından təbrik edərək ona xoş arzularını ünvanlayıb, uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyəti və 75 illik yubileyi münasibətilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Fəxri Fərmanını təqdim edib.

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamının mətni ilə şura üzvlərini tanış edən İ.Hüseynova bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Heydər Əliyevin ən böyük şah əsəri isə bugünki azad Azərbaycandır. Akademik İradə Hüseynova laboratoriya müdirlərindən və Elmi şurası üzvlərindən bu mühüm hadisə ilə bağlı təkliflərin gözlənildiyinə diqqət çəkib. “Şuşa İli”nə həsr olunmuş “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın yekunları haqqında məlumat verən iclasın sədri konfransda onlarla elm və təhsil müəssisəsindən 500-ə yaxın alimin iştirak etdiyi, dünyanın 11 ölkəsindən 257 tezisin daxil olduğu bu möhtəşəm tədbirin böyük uğurla keçirildiyinəi vurğulayıb. Sonra akademik İradə Hüseynova 2022-ci ildə MBBİ-nin elmi, pedaqoji və elmi-təşkilatı fəaliyyətinin yekunları haqqında hesabatlar barədə danışıb, müvafiq hesabatların hazırlanması ilə bağlı tapşırıqlarını verib. Daha sonra Türkiyə Respublikasının Van şəhərin yerləşən Yüzüncü Yıl Universitetində təşkil olunmuş Beynəlxalq AvroAsiya İqlim Dəyişikliyi Konqresində iştirak edən Proteomiks beynəlxalq  laboratoriyasıının müdiri İsmayıl Zülfüqarov, Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Tübitak Marmara Araşdırma Mərkəzinin Gen mühəndisliyi və Biotexnologiya İnstitutuna ezam olunmuş Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi Nərgiz Sultanova, İstanbul şəhərində yerləşən Yıldız Teknik Universitetinə ezam olunmuş Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi Günay İsmayılova, Türkiyə Elmlər Akademiyasında “Əsas elmlər və akademik həyatın tələbləri” mövzusunda təlimlərdə iştirak edən Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi Aygün Sadıqova və Antalya şəhərində keçirilən “Meyvələrin fiziologiyası və yığımdan sonra saxlanmasında oksigenin aşağı konsentrasiyasının rolu” mövzusunda keçirilən təlim kurslarında iştirak etmiş Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının kiçik elmi işçisi Sevinc Musayeva səfərin məqsədi və əldə olunan nəticələr barədə şura üzvlərinə məlumat verib. İclasda digər təşkilati məsələlər müzakirə olunaraq uyğun qərarlar qəbul olunub.