sa sa 787
Türkiyə ilə Azərbaycan arasında ikitərəfli elmi tədqiqat layihəsinin hazırlanması müzakirə olunub + Foto Okt 06, 2022 | 16:00 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Nərgiz Sultanova Türkiyənin İstanbul şəhərində yerləşən Tübitak MAM (Marmara Araşdırma Mərkəzi) Gen Mühəndisliyi və Biotexnologiyalar İnstitutunda elmi ezamiyyətdə olub. Ezamiyyənin məqsədi yeni metagenomiks texnologiyalarında istifadə olunan Next Generation Sequencing, qPCR  metodların öyrənilməsi və Türkiyə ilə Azərbaycan arasında ikitərəfli elmi tədqiqat layihəsinin hazırlanması olub. Müasir HTS və sRNA-seq (High-throughput sequencing və small RNA deep sequencing) kimi yüksək ötürmə qabiliyyətli sekvens texnologiyaları bitki nümunələrində həm əvvəllər aşkar edilmiş, həm də naməlum patogenlərin, virusların və ya viroidlərin, o cümlədən qeyri-patogen virusların mövcudluğunu aşkar etmək üçün unikal şərait yaradır. Bu baxımdan layihədə qarşıya qoyulan problemlərin yeni metagenomiks texnologiyaların tətbiq edilməsi ilə həlli hər iki dövlətin elmi üçün xüsusi əhəmiyyətə malikdir. Səfər zamanı üzüm bitkisində Genotyping-by-sequencing (GBS) metodundan istifadə etməklə genetik müxtəlifliyin tədqiqi, viruslara həssas və davamlı sortların müəyyən edilməsi sahəsində təcrübə mübadiləsi aparılmış, MBBİ ilə Tübitak MAM GMBİ arasında əməkdaşlıq imkanları müzakirə edilmişdir. N. Sultanova Gen Mühəndisliyi və Biotexnologiya İnstitutunun Başuzman Araştırmacısı, Yaşam Bilimleri Başkan Yardımcısı Assoc. Prof., Dr. Birsen CEVHER KESKİN və Həyat Elmləri bölməsinin Biotibbi Texnologiyalar laboratoriyasının aparıcı elmi işçisi  Assoc. Prof., PhD. Sebnem ERCELEN CEYLAN ilə görüşmüşdür.