sa sa 739
Bitki Biotexnologiyasi laboratoriyasının əməkdaşı TUBA-nın təşkil etdiyi Beynəlxalq Yay Məktəbində iştirak edib + Foto Okt 07, 2022 | 11:00 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitunun Bitki Biotexnologiyasi laboratoriyasının kiçik elmi işçisi Aygun Sadiqova 26.09.2022-01.10.2022 tarixlərində Türkiyənin İstanbul şəhərində ezamiyyətdə olub. A. Sadıqova  TUBA-nın təşkil etdiyi Beynəlxalq Yay Məktəbində  iştirak edib. “Əsas elmlər və akademik həyatın tələbləri” mövzusunda keçirilən yay məktəbində Azərbaycan, Albaniya, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Moldova, Özbəkistan, Pakistan və başqa ölkələrdən tədqiqatçılar iştirak edib. İştirakçılar yaradıcı nəşrlər, tədqiqat texnikaları, elmdə şübhə, tənqidi yanaşmalar, akademik dürüstlük kimi mövzularda mühazirələr dinləyiblər. Elm və akademiya dünyasının mühüm mövzularından olan etika mövzusunda Türkiyədən 24 nufuzlu  alim iştirak edib. Aygün Sadıqova TUBA prezdenti Müzəffər Şəkərə İnstitumuzun 5 illiyinə həsr olunmus Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Əsərləri Toplusunu və görkəmli şəxsiyyət, ictimai-siyasi xadim, böyük alim-pedaqoq, akademik Cəlal Əliyevin həyat və yaradıcılığını əks etdirən “Life Horizons: Fundamental Science and Prominent Practical Achievements” kitabını təqdim edərək institumuzda görülən işlər barədə məlumat verib. Müzəffər Şəkər və digər Türkiyəli alimlər Azərbaycanda aparılan elmi-tədqiqat işlərinə böyük maraq göstəriblər. Müzəffər Şəkərci qarşılıqlı möhkəm əlaqələrin təmsili olaraq İnstitumuzun  baş direktoru akademik İradə xanım Hüseynovaya TUBA-nın yeni nəşr edilmiş “İslamic Astranomy and Copernicus” kitabını çatdırmağı xahiş edib. Yay məktəbinin iştirakçıları üçün Tubitak Marmara Araşdırma Mərkəzinin müxtəlif inovativ labotoriyalarına ekuskursiyalar təşkil olunub. A.Sadiqova həmin labotoriyalarda aparılan tədqiqatlarla yaxından tanış olub. Digər ölkələrdən qatılan iştirakçılarla fundamental elmin yenilikləri və birgə yaradıcılıq haqqında geniş müzakirələr aparılıb. Yay Məktəbi Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kacır tərəfindən iştirakçılara sertifikatların təqdim edilməsi  ilə başa çatıb.