sa sa 4127
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminarlar davam edir + Foto Okt 11, 2022 | 10:00 / Seminarlar

Oktyabrın 10-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar Biomühəndislik beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Zəkiyeva Günayın "Yüksək İşıq Stressinin Chlamydomonas Reinhardtii Yaşıl yosununda Hüceyrələrin Böyüməsinə və Lipid istehsalına təsiri" mövzusunda elmi seminarı keçirilib.  Məruzəçi autofagiya ilə əlaqəli lipid metabolizminin mutant stamlarında öyrənilməsi haqqında məlumat verib. O, hüceyrələrin autofagiyaya məruz alması səbəbləri və reaktiv oksigen növlərinin bu prosesə təsirindən, artan işıq intensivliyinin oksigenin fəal formalarını induksiya etməsi və bunun da son nərticədə autofagiyaya gətirib çıxarmasından bəhs edib.

Daha sonra G.Zəkiyeva Türkiyədə elmi ezamiyyətdə olarkən Akdeniz Universitetinin Ziraat Bolümünün Biotexnologiya laboratoriyasında, “Fosfoglikolat fosfotaza fermentinin Chlamydomonas reinhardtii yaşıl yosunundan ayrılması, ekspressiyası və xarakteristikasının verilməsi” mövzusunda apardığı tədqiqat işinin nəticələrini seminar iştirakçılarının diqqətinə çatdırıb. G. Zəkiyeva qeyd edib ki, Akdeniz universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun rəhbərliyi altında aparılan tədqiqatlar zamanı Fosfoglikolat fosfotaza fermentinin üç izogeninin (fgf1, fgf2, fgf3) C.reinharditii yaşıl yosunundan ayrılması, klonlaşdırılması və gen ekspressiya analizləri həyata keçirilib və bu istiqamətdə tədqiqatlar davam edir.  Sonda məruzəçi verilən sualları cavablandırıb.