sa sa 752
AMEA-nın müxbir üzvü İlham Şahmuradov beynəlxalq elmi konfransda iştirak edib + Foto Okt 11, 2022 | 10:14 / Ezamiyyətlər

AMEA-nın müxbir üzvü, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının rəhbəri İlham Şahmuradov “COVID-19: Alınmış Dərslər” mövzusunda keçirilən beynəlxalq elmi seminar və konfransda iştriak edib. Tədbir 3-7 oktyabr 2022-ci il tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilib. Bu seminar və konfrans Mərkəzi Asiya və Qafqaz Biotəhlükəsizlik Assosiasiyası (Biosafety Association of Central Asia and the Caucuses, BACAC) və Avropa İttifaqının (Aİ)  Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) Risklərinin Azaldılması üzrə Qabaqcıl Təcrübə Mərkəzləri (The European Union Chemical, Biological, Radiological and Nuclear Risk Mitigation Centres of Excellence) tərəfindən birgə təşkil olunmuşdu. Tədbirlərin məqsədi COVID-19 pandemiyasının yaranması, gedişatı və nəticələrinin, BACAC ölkələrində bu pandemiya ilə mübarizənin təşkili üzrə təcrübənin təhlili və müzakirəsi, iştirakçı ölkələrin bu istiqamətdə gələcək elmi və praktiki faəliyyətlərinin əlaqələndirilməsi idi. Toplantılarda ölkəmizi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (MBBİ və Biofizika İnstitutu), AR Səhiyyə Nazirliyi, TƏBİB və AR Fövqəladə Hallar Nazirliyinin nümayəndələri (cəmi 9 nəfər) təmsil edib. BACAC və Aİ ölkələrinin bioloji təhlükəsizlik istiqamətində elm və təhsil problemlərinin həllində birgə səylərin gücləndirilməsi, müvafiq profilli kadrların hazırlanması üzrə xüsusi təhsil proqramlarının yaradılması kimi məsələlər konfransın əsas müzakirə mövzuları olub. Konfrans iştirakçıları SARS-CoV-2 virisunun mənşəyi ilə bağlı elmi tədqiqiatların nəticələrini və həmçinin bu sahədə yaxın gələcəkdə elmi əməkdaşlıq imkanlarını müzakirə ediblər.