sa sa 725
MBBİ əməkdaşlarının məqaləsi nüfuzlu “Agronomy” jurnalında dərc olunub Okt 18, 2022 | 17:00 / Nəşrlər

AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) əməkdaşlarının Çexiya, Slovakiya, Səudiyyə Ərəbistanı, Misir və Banqladeşdən olan alimlərlə birlikdə apardıqları tədqiqatın nəticələri nüfuzlu “Agronomy” jurnalında (ISSN 2073-4395, IF 3.949) nəşr olunub. MBBİ-nin Xloroplastların fotokimyası laboratoriyasının aparıcı elmi işçisi , b.ü.f.d. Ülkər İbrahimova, Genomun quruluşu və ekspressiyası laboratoriyasının müdiri, b.ü.f.d. Ələmdar Məmmədov və həmin laboratoriyanın aparıcı elmi işçisi, b.ü.f.d. Zərifə Süleymanovanın həmmüəllif olduqları məqalə "Duz stresinə adaptasiya mexanizmlərinin iki yumşaq buğda (Triticum aestivum L.) genotipində qiymətləndirilməsi" adlanır. Məqaləyə baxış sayının çox olmasına və çoxsaylı  yükləmələrə görə jurnalın baş redaktoru Niki Syuy Ülkər İbrahimovaya təbrik məktubu ünvanlayıb. Niki Syuy alimlərimiz ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini və əlaqələrin davamlı olmasını arzuladığını bildirib.