sa sa 784
Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar + Foto Okt 25, 2022 | 10:58 / Mühüm hadisələr

Oktyabrın 24-də Azərbaycan Turizm va Menecment Universitetinin Sosial menecment fakültəsinin “Qida mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili alan 3-cü kurs tələbələri müəllimləri b.ü.f.d., dos. Məmmədli Gülnar, baş müəllim Məmmədova Həlilə ilə birlikdə AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar. Tələbələr institutun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları ilə tanış olub, aparılan elmi tədqiqat işləri haqqında məlumat alıblar. İnstitutun icraçı direktoru b.ü.f.d. Ələmdar Məmmədov tələbələrə təhsil zamanı aldıqları biliklərin praktiki tətbiqinin zəruriliyindən və gələcək elmi fəaliyyətləri üçün əhəmiyyətindən bəhs edib.  Tələbələr Genomun quruluşu və ekspressiyası, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, Bitki biotexnologiyası, Xloroplastların fotokimyası, Bioinformatika, Bioadaptasiya, Fotobioenergetika laboratoriyaları ilə tanış olublar. AMEA-nın müxbir üzvü İlham Şahmuradov, biologiya üzrə elmlər doktoru Yaşar Feyziyev, biologiya üzrə fəlsəfə doktorları Mahirə Məmmədova, Zərifə Süleymanova, Mayaxanım Xanışova, Taliyə Orucova, Səmra Mirzəyeva və başqaları laboratoriyalarda aparılan elmi-tədqiqat işləri, alınan nəticələr və nailiyyətlərdən bəhs ediblər.