sa sa 730
MBBİ-də “İnsanın genetik identıfıkasiyası və pasportlaşdırma problemləri” mövzusunda təcrübə kursu davam edib + Foto Okt 28, 2022 | 16:30 / Mühüm hadisələr

Oktyabrın 27-28-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün “İnsanın genetik identıfıkasiyası və pasportlaşdırma problemləri” mövzusunda təcrübə kursu davam edib. Böyük Britaniya Guys və St Tomas Universitet Hospitalının Tədqiqat və klinik uşaq uroloji cərrahı İlhamə Cəfərova “Androgenə həssasızlıq sindromu olan uşaqların diaqnostikası və müalicəsi”, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genomun quruluşu və ekspressiyası laboratoriyasının müdiri, b.ü.f.d., dosent Ələmdar Məmmədov “Mitoxondri DNT-nin quruluşu, funksiyası və mutasiyaları, şəxsiyyətin identifikasiyasında, məhkəmə-tibbi ekspertizada və irsi xəstəliklərin diaqnostikasında tətbiqi”, həmin laboratoriyanın aparıcı elmi işçisi b.ü.f.d., dosent Səadət Xudaverdiyeva "İnsanlarda mitoxondri DNT-nin ata xətti üzrə nəslə ötürülməsi" mövzusunda mühazirə oxuyublar. Tələbələr həmçinin praktiki məşğələlərdə iştirak ediblər. Onlar DNT amplifikatorda (Applied Biosystems, 9600) 16 STR-lokusa görə reaksiyanın yığılması və PZR-in aparılması, “DNT analyzer 3130xl” maşında amplikonların kapilyar elektroforez vasitəsilə analizi  və nəticələrin proqram vasitəsilə işlənməsi ilə tanış olublar.