sa sa 5047
ZVD metal koordinasiya analizi uçun üsulların inkişafı" mövzusunda seminar keçirilib + Foto Noy 15, 2022 | 10:35 / Seminarlar

Noyabrın 14-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Hesablama struktur biologiyası laboratoriyasının elmi işçisi Kave Babainin "ZVD metal koordinasiya analizi uçun üsulların inkişafı" mövzusunda seminarı keçirilib. Məruzəçi qeyd edib ki, makromolekulyar strukturların təyin edilməsi kimyanın ən mühüm və çətin problemlərindən biridir. Birləşmələrin strukturunun məlum olması onun xassələrini qabaqcadan bilməyə imkan verir. Bu sahədə qarşıya çıxan problemlərdən biri elektron mikroskoplarının yüksək dəqiqliyə malik məlumatların alınması baxımından mükəmməl olmamasıdır. Tədqiqatçı həmçinin alqoritmlərin optimallaşdırılması və analizlərin aparılması zamanı əl əməyinin azaldılması istiqamətində işlərin nəzərdə tutulduğunu vurğulayıb.