sa sa 688
Elmi şuranın növbəti iclası keçirilib + Foto Noy 18, 2022 | 11:02 / Konfranslar, iclaslar

AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan institutun baş direktoru AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

İclasda Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, Genomun quruluşu və ekspressiyası laboratoriyalarının və Təhsil şöbəsinin illik hesabatları dinlənilib. Laboratoriya müdirləri - AMEA-nın müxbir üzvü, professor Novruz Quliyev və biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov  cari ildə aparılmış elmi tədqiqatlar, əldə olunan nəticələr, çap olunmuş elmi əsərlər, yerli və beynəlxalq tədbirlərdə iştirak və kadr hazırlığı haqqında şura üzvlərinə ətraflı  məlumat veriblər. Təhsil şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova doktorantura və magistraturada təhsil alan tələbələr, cari ildə qəbul və növbəti il üçün plan yerlərinin sifarişi, xaricdə təhsil alan tələbələr və kadr hazırlığı ilə bağlı digər məsələlər haqqında hesabat verib.

Sonda müzakirələr aparılıb, təkliflər verilib və laboratoriyaların fəaliyyəti qənaətbəxş hesab edilərək hesabatlar qəbul edilib.