sa sa 2170
Taliyyə Orucova CAM fotosintezin sirrləri mövzusunda seminarda çıxış etmişdir + Foto Noy 10, 2017 | 14:17 / Seminarlar

10 noyabr tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminarda Taliyyə Orucova "CAM fotosintezin sirrləri" mövzusunda çıxış etmişdir.  O,  CAM metabolizmin təkamülü, xüsusiyyətləri, taksonomik yayılması haqqında ətraflı məlumat verdi. Sudan effektiv istifadə xüsusiyyətinə görə, yararsız olan quraq torpaqların məhsuldar torpaqlara çevrilməsində CAM fotosintezin rolu, o cümlədən  qida və enerji təhlükəsizliyinin artırılmasında fotosintezin CAM yolunun potensialının yüksək olması və son illərdə bu fotosintetik sistemlərdə aparılan tədqiqat işlərinin geniş vüsət alması haqqında danışdı. Seminarda bu fotosintetik yolun inkişaf mərhələlərini öyrənməklə, mövcud CAM  məhsuldarlığının artırılmasında və gen mühəndisliyi strategiyasının istiqamətləndirilməsində əldə olunacaq perspektivlərdən danışıldı.