sa sa 607
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib + Foto Dek 12, 2022 | 15:20 / Tədbirlər

12 dekabr 2022-cİ il tarixində AR ETN  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin  anım günü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükütla yad edilib. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynova  bildirib ki, tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla birgə çəkilən çox az sayda siyasi liderlərə rast gəlmək olar. XX əsr tarixində fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik, tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyəri illər keçdikcə daha dərindən dərk olunur.  Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu 1969-cu ildən – məhz Onun birinci dəfə hakimiyyətə gəlişindən sonra başlayıb. XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur. Həmin dövrdə baş verən hadisələr Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirdi. 1993-cü ildə onun yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan sabitlik məkanına çevrildi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Dövlətimiz üçün ən çətin anlarda Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirib, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrilib. Müstəqilliyi təhlükə altında olan ölkənin yeganə çıxış yolunun iqtisadiyyatı dirçəltmək olduğunu yaxşı bilən Heydər Əliyev müxtəlif xarici təzyiqlərə baxmayaraq böyük qətiyyət və əzmkarlıq göstərib hamıya əfsanə kimi görünən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz onun qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsində reallaşıb. Bu gün Ulu öndərin varisi, Prezident İlham Əliyev onun siyasi kursunu uğula davam etdirir, Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin bu günümüz üçün möhkəm təməl yaratdığını əsaslı şəkildə diqqətə çatdırır. 44 günlük Vətən müharibəsinin başlanması və tarixi Zəfərlə yekunlaşması hər şeydən əvvəl Azərbaycan Respublikasının siyasi rəhbərliyinin və Azərbaycan xalqının tükənməz Vətən sevgisi və sıx birliyiilə əlaqədardır.

Daha sonra institutun əməkdaşları – YAP Səbail Sünbül Ərazi Gənclər Təşkilatının sədri Natiq Məmmədov, biologiya elmləri doktoru Yaşar Feyziyev, biologiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayev, Gənclər üçün Prezident  təqaüdçüləri Səmra Mirzəyeva, Lalə Axundova, qazi anası Nəsibə Abdullayeva, mühasib Raisa İsmayılova və başqaları qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən Heydər Əliyevin elm adamlarına, gənclərə, digər millətlərdən olan insanlara göstərdiyi diqqət və qayğıdan söz açaraq onun hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini qeyd etdilər.

Sonda Heydər Əliyevə həsr olunan sənədli film nümayiş olunub.