sa sa 573
Azərbaycan aliminin adı 2022-ci ildə dünyanın ən çox istinad olunan tədqiqatçıları siyahısında yer alıb Dek 21, 2022 | 14:00 / Mühüm hadisələr

Clarivate Web of Science hər il dünyanın ən nüfuzlu alimlərin adlarını açıqlayır. 2022-ci ildə dünyanın 70 ölkə və regionundan 6938 tədqiqatçı dünyanın ən çox istinad olunan tədqiqatçılarının siyahısına daxil edilib.

 Son 12 ilin nəticələrinə əsasən tərtib olunan siyahıda azərbaycanlı alim, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri, biologiya elmləri doktoru Süleyman Allahverdiyev də yer alıb. Qeyd edək ki, Süleyman Allahverdiyev 2018, 2019, 2020, 2021-ci illərdə də ən çox istinad olunan alimlərin elit qrupuna daxil olmuşdu.