sa sa 568
24 Dekabr - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür Dek 24, 2022 | 11:47 / Mühüm hadisələr

Zati-aliləri! Möhtərəm cənab Prezident!

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycan xalqının firavan gələcəyi və tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!

Siz müasir Azərbaycanın banisi Heydər Əliyevin siyasətini layiqincə davam etdirərək ölkəmizin dünyada tanınmasına, iqtisadiyyat, elm, təhsil və digər sahələrin sürətli inkişafına nail olmusunuz. Məhz Sizin uzaqgörənliyiniz və uğurlu siyasətinizin nəticəsində Azərbaycanın 30 il düşmən tapdağı altında olan torpaqları işğaldan azad olunub. Azərbaycan xalqı əmindir ki, onun parlaq gələcəyi etibarlı əllərdədir. Sizin rəhbərliyiniz altında Azərbaycan xalqı sıx birləşərək, ölkəmizin gələcək nailiyyətlərinə inamla addımlayır.

Dərin hörmətlə,

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi adından, institutun baş direktoru akademik İradə Hüseynova