sa sa 543
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür Dek 30, 2022 | 11:22 / Mühüm hadisələr

31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edir. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə çevrilmişdir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun rolu əvəzolunmazdır.

 Dünya azərbaycanlılarının həmrəyliyi Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.

"Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Prezident İlham Əliyev yorulmaz fəaliyyəti ilə Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin bu sahədəki xidmətlərini də uğurla davam etdirir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!