sa sa 610
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Türkiyənin Ege Universiteti arasında əməkdaşlıq əlaqələri inkişaf etdirilir + Foto Yan 13, 2023 | 10:14 / Ezamiyyətlər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının  aparıcı elmi işçisi, b.ü.f.d., dos. Nərgiz Sultanova və Genomun quruluşu və ekspressiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Səadət Xudaverdiyeva 05-06 yanvar 2023-cü il tarixlərində Türkiyənin Ege Universitetində elmi ezamiyyədə olublar. Səfər zamanı əməkdaşlar institutun laboratoriyaları, buradakı cihaz və avadanlıqların iş prinsipləri ilə yaxından tanış olublar. Eyni zamanda fənn fakültəsinin dekanı prof., Dr. Dinçer Ayaz və hər iki institutun əməkdaşlarının iştirakı ilə gələcək əməkdaşlıq imkanları, ikitərəfli elmi tədqiqat layihələrinin hazırlanması, təcrübə mübadiləsinin aparılması məqsədilə onlayn toplantı keçirilib. Toplantıda MBBİ ilə Ege Universiteti arasında əməkdaşlıq protokolunun ilkin variantının hazırlanması, uyğun elmi tədqiqat sahələri üzrə işçi qruplarının yaradılması kimi məsələlər geniş müzakirə olunub.