sa sa 675
Akademik Cəlal Əliyevin xatirəsi anılıb + Foto Fev 01, 2023 | 13:00 / Mühüm hadisələr

Böyük alim və ictimai-siyasi xadim, Azərbaycanda biologiya elminin müasir istiqamətlərinin yaradılmasında misilsiz xidmətləri olan akademik Cəlal Əliyevin vəfatından yeddi il ötür. AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova başda olmaqla, Cəlal Əliyevin tələbələri hər il olduğu kimi, müəllimlərinin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabanda olublar. Əsası akademik Cəlal Əliyev tərəfindən qoyulan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları ilə yanaşı, Botanika İnstitutunun, Mərkəzi Nəbatat Bağının, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları da Cəlal Əliyevin məzarını ziyarət edib, önünə əklillər və gül dəstələri qoyublar. Müəllimi haqqında xatirələrini bölüşən akademik İradə Hüseynova alimin həyat yolundan, elmi yaradıcılığından, Azərbaycan və dünya elminə verdiyi töhfələrdən söz açaraq, məhz Cəlal Əliyevin fəaliyyəti sayəsində biologiyanın müasir istiqamətlərinin Azərbaycan inkişaf etdityini diqqətə çatdırıb.

Sonra akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, AR KTN Aqrar İnnovasiyalar Mərkəzinin Elmi innovasiyaların tədqiqi şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Cavanşir Təlai, Botanika İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru Şakir Nəbiyev, Mərkəzi Nəbatat Bağı PHŞ-in sərdi v.i.e. Natiq Allahverdiyev, akademikin dostu Rizvan Vahabov hamıya örnək ola biləcək fərqli bir ömür yaşayan akademik Cəlal Əliyevin təkcə alim kimi deyil, həm də bir insan kimi, yetişdirdiyi yüzlərlə gənc alim və ziyalıların müəllimi kimi də həmişə xatırlanacağını qeyd ediblər. Elmə böyük töhfələr vermiş akademik Cəlal Əliyevin əziz xatirəsi ürəklərdə daim yaşayacaqdır.