sa sa 637
MBBİ-nin Elmi şurasının 2023-cü ildə ilk içlası keçirilib + Foto Fev 08, 2023 | 15:21 / Konfranslar, iclaslar

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının 2023-cü ildə ilk iclası keçirilib. Əvvəlcə şura üzvləri fevralın 6-da Türkiyədə baş verən təbii fəlakət nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, İnstitutun baş direktoru akademik İradə Hüseynova şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb. İclasda AMEA Rəyasət Heyətinin 1 oktyabr 2021-ci il tarixli 17/1 nömrəli qərarı ilə təsdiq olunmuş 2021-2025-ci illər AMEA-da aparılacaq elmi tədqiqat işlərinin mövzu planına uyğun olaraq 2023-cü ildə institutda yerinə yetiriləcək elmi tədqiqat işlərinin əhatəli planının geniş müzakirəsi aparılıb və yekdilliklə qəbul olunub.

Daha sonra akademik İradə Hüseynova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli sərəncamı haqqında şura üzvlərinə məlumatlandıraraq, bu münasibətlə institutda silsilə tədbirlərin keçirilməsi ilə əlaqədar tapşırıq verib. Daha sonra “AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Əsərləri” junalının 2023-ci ildə VII cildinin I nömrəsinə məqalə qəbulu və digər məsələlər müzakirə  olunub. Bununla da Elmi şuranın 01 saylı iclası öz işini yekunlaşdırıb.