sa sa 4185
MBBİ-də 1 mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunuş tədbir keçirilib + Foto Mart 01, 2023 | 15:00 / Tədbirlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 1 mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunuş tədbir keçirilib. Öncə tədbir iştirakçıları qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan institutun Mülki müdafiə qərargahının sədri Valeh İmanov Ümumdünya Mülki Müdafiə Gününün təsis edilməsi və bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verib. O qeyd edib ki, əhalinin mühafizəsinin təşkili və fövqəladə hallarda əhalinin hazırlığının təmin edilməsi mülki müdafiə orqanları qarşısında duran əsas vəzifədir. İnstitututn icraçı direktoru, Obyektin Fövqəladə Hallar Komissiyasının sədri, b.ü.f.d., dosent  Ələmdar Məmmədov “Risklərin qiymətləndirilməsində informasiya  texnologiyalarının rolu” mövzusunda çıxış edib. Ə. Məmmədov fövqəladə hallar zamanı insanların həyatını qorumaq üçün əvvəlcədən tədbirlər planı hazırlanmasının zəruri olduğu qeyd edib. Azərbaycan ərazisi vaxtaşırı olaraq, bir çox təbii fəlakətlərin təsirinə, o cümlədən zəlzələlərin təsirinə məruz qalır. Ə.Məmmədov zəlzələlərin proqnozlaşdırılması sahəsində dünya təcrübəsindən, bu kimi təbii fəlakətlərə hazır olmağın zəruriliyindən və bu zaman görülməli tədbirlərdən bəhs edib. Daha sonra institutun əməkdaşları praktiki təlimdə yanğınsöndürmə vasitələri ilə tanış olublar.