sa sa 567
Elmi şuranın növbəti iclası keçirilib + Foto Mart 10, 2023 | 15:59 / Konfranslar, iclaslar

Martın 10-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. İclasda institutun 2023-cü il üçün elmi-tədqiqat planlarının təstiq olunması məsələsi müzakirə edilib. Şura üzvlərinə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş gənc alim və mütəxəssislər arasında müsabiqənin keçiriləcəyi haqqında məlumat verilib. Akademik İradə Hüseynova Elmi şura üzvlərini Cəlal Əliyevin 95 illiyi haqqında AMEA Rəyasət Heyətinin 23 fevral 2023-cü il tarixli 9/9№-li qərarı ilə tanış edib və “AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Əsərləri Toplusu” jurnalının akademik Cəlal Əliyevin 95 illiyinə həsr olunan xüsusi nömrəsinin çapa hazırlanması haqqında məlumat verib. Daha sonra Proteomiks beynəlxalq laboratoriyasının elmi işçisi Aynurə Paşayevanın Koreya Respublikasının Pusan Milli Universitetinə və Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Sayalı Mustafayevanın ABŞ-ın Oyova Universitetinə ezam edilməsi məsələlərinə baxılıb.