sa sa 4767
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Novruz bayramı qeyd edilib + Foto Mart 17, 2023 | 16:16 / Tədbirlər

Bu gün Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Novruz bayramı münasibətilə şənlik keçirilib. İnstitutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara sağlamlıq, xoşbəxtlik  və elmi fəaliyyətlərində uğurlar arzulayıb. Akademik qeyd edib ki, qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab edib.  Bolluq, bərəkət, xoşbəxtlik və paklıq rəmzi olan Novruz həm də sülhə, əmin-amanlığa, etibar və sədaqətə çağırış bayramıdır. 44 günlük Vətən müharibəsində biz ölkəmizdə bu həmrəyliyin və vətəndaş birliyinin şahidi olduq. Hər bir vətəndaşımız bir yumruq kimi birləşərək düşmənə qalib gəldi, Qarabağı işğaldan azad etdi. Xalqımız artıq bu bayramı işğaldan azad olunmuş torpaqlarda qeyd edir. AMEA-nın müxbir üzvü İbrahim Əzizov, institutun icraçı direktoru, b.ü.f.d. Ələmdar Məmmədov bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara xoşbəxt və firavan həyat arzulayıblar. Kosa və Keçəlin məzəli söhbətləri və rəqsləri tədbirə bayram şənliyinə xüsusi rəng qatdı. Tədbirdə həmçinin xonça müsabiqəsi də keçirilib. İnstitutun hər bir laboratoriya və şöbəsinin təqdim etdiyi bayram xonçaları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Təchizat və xidmət şöbəsinin hazırladığı xonça müsabiqənin qalibi seçilib.