sa sa 702
Bakı Dövlət Universitetinin tələbələri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar  + Foto Mart 30, 2023 | 16:27 / Mühüm hadisələr

Martın 30-da Bakı Dövlət Universitetinin SABAH qrupunun “Biologiya müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alan 3-cü kurs tələbələri, müəllimləri b.e.d. Asif Manafov ilə birlikdə AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar. Tələbələr institutun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları ilə tanış olub, aparılan elmi tədqiqat işləri haqqında məlumat alıblar. İnstitutun baş direktoru akademik İradə Hüseynova tələbələrə təhsil zamanı aldıqları biliklərin praktiki tətbiqinin zəruriliyindən və gələcək elmi fəaliyyətləri üçün əhəmiyyətindən bəhs edib.  Tələbələr Genomun quruluşu və ekspressiyası, Bioadaptasiya, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, Bitki biotexnologiyası, Xloroplastların fotokimyası, Populyasiya genomiksi, Proteomiks laboratoriyaları ilə tanış olublar. AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmləri doktorları Şahniyar Bayramov, Səftər Süleymanov, biologiya üzrə fəlsəfə doktorları Nərgiz Sultanova, Zərifə Süleymanova, Səadət Xudaverdiyeva, Taliyə Orucova, Mayaxanım Xanışova, Aynurə Paşayeva və başqaları laboratoriyalarda aparılan elmi-tədqiqat işləri, alınan nəticələr və nailiyyətlərdən bəhs ediblər.