Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Rusiyalı alimlərin iştirakı ilə seminar keçirilmişdir + Foto
Apr 26, 2017 | 15:18 / Mühüm hadisələr
Rusiyanın Novosibirsk şəhərində yerləşən Federeal Tədqiqatlar Mərkəzinin Sibir Şöbəsinin Sitologiya və Genetika İnstitutunun professoru, b.e.d. Xlestkina Yelena Konstantinovna “Bitkilərin genetika, biotexnologiya və bioinformatikası” mövzusunda çıxış etmişdir. Alim institutun əsas tədqiqat istiqamətinin insan, heyvan və bitki genetikası oldduğunu bildirmiş və kadr haırlığına da ciddi diqqət yetirildiyini qeyd etmişdir. Zubova Svetlana Vasilyevna “Təbiət elmlər sahəsində əlavə profil təhsili” mövzusunda çıxışı ilə seminarı davam etdirmişdir. O, məktəbliləri elmə həvəsləndirmək və dünyagörüşlərini artırmaq üçün aparılan işlərdən bəhs etmişdir.