sa sa 480
BDU-da dəyirmi masa: Heydər Əliyev və Azərbaycan təbiətinin davamlı mühafizəsi + Foto Apr 17, 2023 | 10:56 / Konfranslar, iclaslar

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təbiətinin davamlı mühafizəsi” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, professor və müəllimlərin, tələbə, magistrant və doktorantların iştirak etdikləri tədbirdə fakültənin dekanı, professor Afət Məmmədova Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi, təbiət elmlərinin inkişafı istiqamətində həyata keçirdiyi siyasət barədə məlumat verib.

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova “Heydər Əliyev Azərbaycan təbiətinin hamisidir”, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri kimya elmləri doktoru, professor Sevinc Hacıyeva “Ulu Öndər və davamlı inkişaf”, Milli Məclisin deputatı, professor Kamilə Əliyeva “Heydər Əliyev siyasəti və kadr hazırlığı”, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov “Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri” mövzularında məruzələrlə çıxış ediblər.

Sonra Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.