sa sa 693
Rusiya Elmlər Akademiyasının müxbir üzvü Süleyman Allahverdiyev RİA Novostinin müxbirinə süni fotosintezin yaradılması ilə bağlı araşdırmalar barədə məlumat verib May 03, 2023 | 09:55 / Mühüm hadisələr

Tanınmış azərbaycanlı alim, Rusiya Federasiyasının Əməkdar Elm Xadimi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Bitki Fiziologiyası İnstitutunun İdarə olunan fotobiosintez laboratoriyasının rəhbəri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri Süleyman Allahverdiyev qeyd edib ki, fotosintez əsaslı energetik qurğuların yaranma vaxtını proqnozlaşdırmaq çətindir. Lakin alimlər bu məsələnin həlli üzərində çalışırlar.

Süleyman Allahverdiyevin laboratoriyasında fotosintez əsaslı sistemlərin energetikada istiafadəsi üzərində geniş tədqiqatlar aparılır. İşin istiqamətlərindən biri hidrogenin istehsalı üzrə qurğuların yaradılması üçün elmi bazanın hazırlanmasıdır. 

Alim qeyd edir ki, bu proses üçün enerji günəş tərəfindən təmin olunur. Elektron və protonlar isə fotosintez zamanı suyun parçalanması nəticəsində əldə edilir. Hər iki proses təbiidir və ikinci proses təbiət tərəfindən milyon illər ərzində optimallaşdırılmışdır. Bəşəriyyətin gələcəyi günəş enerjisinin və suyun effektiv istifadəsi, suni fotosintezin perspektivli sistemlərinin yaradılması və ekoloji təmiz molekulyar hidrogen əldə etmək üçün məhsuldar katalizatorun işlənib hazırlanması kimi tədqiqatların müvəffəqiyyətindən asılıdır. Belə sistemlərin yaradılmasının mürəkkəb olmasına baxmayaraq, bu işlərin davam etdirilməsi vacibdir.