sa sa 1327
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutununn əməkdaşları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər + Foto May 10, 2023 | 15:00 / Mühüm hadisələr

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutununn əməkdaşları başda institutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova olmaqla Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə onun Fəxri Xiyabandakı məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyaraq müdrik dövlət xadiminin ruhuna dualar oxuyublar. Daha sonra institutun əməkdaşları Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyaraq onun xatirəsini dərin ehtiramla yad ediblər.