sa sa 5144
MBBİ-də İtaliyalı alim Françesko Paoloççinin iştirakı ilə elmi seminar keçirilib + Foto May 12, 2023 | 15:49 / Seminarlar

Mayın 12-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda İtaliyanın Milli Tədqiqat Şurasının Bioelmlər və Bioresurslar İnstitutunun professoru Françesko Paoloççinin iştirakı ilə elmi seminar keçirilib. İnstitutun baş direktoru, AMEA-nın vitse prezidenti akademik İradə Hüseynova qonağı salamlayaraq belə tədbirlərin keçirilməsinin gələcək əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb. Professor Françesko Paoloççi apardığı elmi işlərin əsas istiqamətləri barədə seminar iştirakçılarına məlumat verib. O qeyd edib ki, hazırda heyvan yemi kimi istifadə olunan paxlalı bitkilərdə proantosianidin biosintezi üzərində genetik nəzarət tədqiq edilir. A. filiculoides bitkisində flavonoidlərin biosintezinin genlərdən və ətraf mühitdən asılılığı öyrənilir. İtaliyalı alim MBBİ əməkdaşlarının verdiyi çoxsaylı sualları cavablandırıb.