sa sa 432
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının novbəti iclası keçirilib + Foto May 18, 2023 | 16:43 / Konfranslar, iclaslar

Mayın 18-də MBBİ-də Elmi şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. Akademik İradə Hüseynova İnstitutun baş meneceri Natiq Allahverdiyevi 50 illik yubileyi münasibətilə təbrik edib. Daha sonra İnstitutun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Gülnarə Balakişiyevanın Fransa Milli Tədqiqatlar İnstitutunun Bordo Mərkəzinin INRAE UMR1332 Meyvələrin Biologiyası və Patologiyası Departamentinə ezam edilməsi, dokoranturaya sənəd qəbulu və magistrların yay imtahan sessiyası haqqında məsələlər müzakirə olunub.