sa sa 4638
“Alzheimer xəstəliyi: etiologiyası və patogenezi, molekulyar genetikası və müalicə perspektivləri” mövzusunda elmi seminar keçirilib + Foto May 22, 2023 | 16:12 / Seminarlar

Mayın 22-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib. Seminarda institutun Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Səyalı Mustafayeva “Alzheimer xəstəliyi: etiologiyası və patogenezi, molekulyar genetikası və müalicə perspektivləri” mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, neyrodegenerativ xəstəliklər, neyronların strukturunun və ya funksiyasının proqressiv itkisi nəticəsində yaranır. Belə neyron zədələnməsi hüceyrə ölümünə səbəb ola bilər. Neyronların mütərəqqi degenerasiyasını geri qaytarmağın məlum yolu olmadığı üçün bu xəstəliklər sağalmaz hesab olunur. Tədqiqatlar göstərir ki, neyrodegenerasiyaya səbəb olan iki əsas amil oksidləşdirici stress və iltihabdır. Bu günə qədər mövcud olan müalicələr yalnız simptomatik xarakter daşıyır. Eyni zamanda xəstəliyin davranış əlamətləri üçün antidepresantlardan istifadə olunur. S.Mustafayeva yaş (əsas faktor), genetika, kəllə-beyin travması, yüksək xolestrol, diabet, piylənmə, depressiya, ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, siqaret çəkmək kimi risk faktorlarının Alzheimer xəstəliyinin güclənməsinə səbəb olduğunu qeyd edib. Daha sonra məruzə ətrafında müzakirələr aparılıb.