sa sa 2146
MBBİ-nin əməkdaşları “Ərzaq Təhlükəsizliyinin təmin olunmasında seleksiya və genetik tədqiqatların rolu” mövzusunda keçirilən tarla seminarında iştirak ediblər + Foto İyn 06, 2023 | 08:58 / Ezamiyyətlər

AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya  və Biotexnalogiyalar İnstitutunun Xloroplastların fotokimyası laboratoriyasının  müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, həmin laboratoriyannın aparıcı elmi işçisi, b.ü.f.d. Mayaxanım Xanışova və elmi işçi Könül Tağıyeva 02-03 iyun 2023-ci il tarixlərində  Tərtər rayonunun Şıxarx qəsəbəsinə ezamiyyətdə olublar. Səfərin məqsədi AR elm və Təhsil Nazirliyi Genetık Ehtiyatlar İnstitutunun dayaq təcrübə sahəsində keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ərzaq  Təhlükəsizliyinin təmin olunmasında seleksiya və genetik tədqiqatların rolu” mövzusunda keçirilən tarla seminarında  iştirak etmək olub. İbrahim Əzizov yeni buğda sortlarının alınması istiqamətində aparılan tədqiqatlar haqqında seminar iştirakçılarına məlumat verib. Seminardan sonra dayaq təcrübə sahəsində əkilən  buğda hibridlərinə və onların  valideyn formalarının  inkişafına baxış  keçirilib.