sa sa 598
İngiltərənin Con İnnes Mərkəzinin bir qrup tədqiqatçısı institutda qonaq olublar + Foto İyn 07, 2023 | 10:43 / Mühüm hadisələr

İyunun 6-da professor Kristobal Yuayun rəhbərliyi altında İngiltərənin Con İnnes Mərkəzinin bir qrup tədqiqatçısı AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar. Qonaqlar institutun Bioadaptasiya, Bioinformatika, Fotobioenergetika, Hüceyrənin membran sistemləri, Genomun quruluşu və ekspressiyası və Bitki biotexnologiyası laboratoriyalarında aparılan elmi işlərlə tanış olublar. İnstitutun laboratoriyaları ilə tanışlıq zamanı qonaqlara burada aparılan tədqiqat işləri və kadr hazırlığı, dünyanın aparıcı elmi mərkəzlərində doktorantura təhsili alan məzunlar haqqında məlumat verilmişdir.

Daha sonra AMEA-nın vitse prezidenti, MBBİ-nin baş direktoru akademik İradə Hüseynova qonaqlarla görüşüb və gələcək elmi əməkdaşlığın perspektivləri müzakirə edilib.