sa sa 440
MBBİ-nin Proteomiks beynəlxalq laboratoriyasının müdiri İsmayıl Zülfüqarov Avropa Şurasının Biotibb və Sağlamlıq Sahəsində İnsan Hüquqları üzrə Rəhbər Komitəsinin 3-cü iclasında iştirak edib + Foto İyn 16, 2023 | 09:00 / Mühüm hadisələr

Avropa Şurasının Biotibb və Sağlamlıq Sahəsində İnsan Hüquqları üzrə Rəhbər Komitəsinin (CDBIO) növbəti plenar iclası Fransanın Strasburq şəhərində 06-09 iyun 2023-cü il tarixində keçirilib. Bu iclasda Azərbaycanı UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini, Azərbaycan Respublikanın Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitunun Proteomiks beynəlxalq laboratoriyasının müdiri, b.ü.f.d. İsmayil Zülfüqarov təmsil edib.

CDBIO, Biotibbdə İnsan Hüquqları və Texnologiyaları üzrə Strateji Fəaliyyət Planının (2020-2025) ortamüddətli hesabatını yekunlaşdıraraq onu Avropa Şurasının Nazirlər Komitəsinə göndərməyə razılıq verib və daha sonra səhiyyədə Süni İntellekt üzrə Pilot Gənclər Forumu keçirilib. CDBIO səhiyyədə innovativ müalicə və texnologiyalara ədalətli çıxış, süni intellekt və biotibb, genomiks və publik dialoq kimi məsələlərə baxaraq müvafiq qərarlar qəbul edib. Biotibb və Sağlamlıq Sahələrində İnsan Hüquqları üzrə Rəhbər Komitəsinin 3-cü iclası Nazirlər Komitəsinin tapşırığı ilə xüsusi SORĞU ANKETİ hazırlayıb və onu üzv ölkələrə cavablamaq üçün yönləndirib.