sa sa 2866
MBBİ-nin əməkdaşı Ümumrusiya Gənc alim və tələbə elmi cəmiyyətinin “Müasir dövrün gənci” adlı XI Qurultayında iştirak edib + Foto İyl 03, 2023 | 10:00 / Ezamiyyətlər

AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Bioadaptasiya laboratoriyasının elmi işçisi Bayramova Nərgiz 21.06.2023-24.06.2023 tarixlərində Rusiya Federasiyasının Nijni Novqorod şəhərində elmi ezamiyyətdə olub. Ezamiyyənin məqsədi Ümumrusiya Gənc alim və tələbə elmi cəmiyyətinin “Müasir dövrün gənci” adlı XI Qurultayında iştirak etmək olub. 2023-cü ildə Rusiya Federasiyasının Nijni Novqorod şəhərinin Gənclər paytaxtı elan olunması ilə əlaqədar olaraq, qurultay məhz bu şəhərdə keçirilirib. Dörd gün davam edən qurultayda müxtəlif ölkələrdən (Özbəkistan, Qırğızıstan, Belarusiya və s.) 1000-dən çox gənc iştirak edib. Qurultayın əsas məqsədi elmin populyarlaşdırılması, daha erkən yaşlardan elmə həvəsin artırılması, gənc tədqiqatçıların elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədilə görülən işlərin mübadiləsi, gələcək üçün yeni fəaliyyət planlarının hazırlanması istiqamətində fikirlərin müzakirəsi olub. Azərbaycanın  gənc alim və tədqiqatçılarını təmsil edən MBBİ-nin elmi işçisi Bayramova Nərgiz gənclərin elmdəki rolu və gələcək perspektivləri barəsində keçirilən müzakirələrdə fəal iştirak edib.