sa sa 2487
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib + Foto İyl 14, 2023 | 08:00 / Konfranslar, iclaslar

İyulun 13-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclasın sədri, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. İclasda 2023-cü ilin birinci yarımilliyində İnstitutda yerinə yetirilən elmi, elmi-təşkilatı və elmi pedaqoji fəaliyyətin yekunları haqqında hesabatlar dinlənilib. Hesabat ətrafında geniş müzakirələr aparılıb. Sonra institutunun Proteomiks beynəlxalq  laboratoriyasıının müdiri, b.ü.f.d. İsmayıl Zülfüqarov, Hüceyrənin membran sistemləri laboratoriyasının elmi işçisi, b.ü.f.d. Nahidə Əliyeva və Bionanotexnologiya beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Mehriban Şabanova Türkiyə Respublikasının İstanbul şəhərində “Dayanaqlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tdqiqatları – 2023” mövzusunda 11-ci Beynəlxalq konfransda və İnstitutun Bioadaptasiya laboratoriyasının elmi işçisi Nərgiz Bayramova Nijni Novqorod şəhərində Ümumrusiya Gənc alim və tələbə elmi cəmiyyətinin XI Qurultayında iştirakları ilə əlaqədar hesabat veriblər. Daha sonra akademik İradə Hüseynova Genomun quruluşu və ekspressiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Səadət Xudaverdiyevanın 60 illik yubileyi münasibətilə institutun əməkdaşları adından təbrik edib. İclasda həmçinin “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndərin dövlətçilik idealları və milli dəyərlərimizin təbliği istiqamətində göstərdiyi aktiv fəaliyyətə görə Bioadaptasiya laboratoriyasının elmi işçisi Nərgiz Bayramovanın AMEA-nın Fəxri diplomu ilə təltif olunması haqqında məlumat verilib və diplom N.Bayramovaya təqdim olunub.