sa sa 1043
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantı ikili doktorantura proqramı çərçivəsində PhD diplomu alıb + Foto İyl 27, 2023 | 16:56 / Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyası və Fransanın Monpelye Universiteti arasında imzalanmış ikili doktorantura proqramı çərçivəsində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Fidan Hüseynova 01 dekabr 2022-ci il tarixində Monpelye Universitetində “Diş toxumasının bərpası üçün diş pulpunun  kök hüceyrələrinin angiogenik aktivləşməsi” mövzusunda  dissertasiya işini uğurla müdafiə edib. O, 23 iyun – 03 iyul 2023-cü il tarixlərində elmi rəhbəri Dr. Veronique Barragan-Monteronun dəvəti ilə Monpelye Universiteti tərəfindən məzun günü münasibəti ilə təşkil olunan “Cérémonıe de remıse de dıplômes de doctorat 2022’’ adlı tədbirə qatılıb. Tədbir zamanı universitetin prezidenti Philippe Auge, Occitanie akademik bölgəsinin ali təhsil, tədqiqat və innovasiyalar üzrə rektor müavini Xaled Bouabdallah, Monpelye şəhərinin meri cənab Sebastian Cote, universitetin nəzdində fəaliyyət göstərən Doktorantura kollecinin direktoru Gilles Subra, kimya və biologiya elmləri üzrə doktorantura məktəbinin direktoru Sofia Kossidia və digər fəxri qonaqların iştirakı ilə məzunlara təntənəli şəkildə PhD diplomları təqdim olunub. Səfər çərçivəsində Fidan Hüseynova Monpelye Universitetinin Biomühəndislik və nanoelmlər laboratoriyasında, eyni zamanda Universitetin Kimya məktəbi kosmetologiya laboratoriyasında olub, prof. F.Cuisinier və Dr. V.Barragan-Montero ilə görüşərək gələcəkdə birgə əməkdaşlıq əlaqələri müzakirə edilib.