sa sa 5157
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunun əməkdaşı Qax rayonunda elmi ezamiyyədə olub + Foto İyl 28, 2023 | 11:48 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunun Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Zərintac Rüstəmova 20-22 iyul 2023-cü il tarixlərində b.ü.f.d. Taleh Əliyevin rəhbərliyi altında Qax rayonunda arxeoloji ekspedisiyada iştrak edib. Qazıntı zamanı Lələli adlanan ərazidə Qanıx çayı sahilində 3 tərəfdən çay və sıldırım qaya ilə əhatə olunan Torpaqqala adlanan qalanın divarları, üst təbəqədən antik dövrə, alt təbəqədən isə son tunc dövrünə aid saxsı qablar, həmçinin müxtəlif heyvan sümükləri aşkar olunub. Tapılan materiallar qalanın yaşının gözləniləndən daha çox olduğunu göstərir. Qazıntı zamanı çoxlu sayda ağac kömürü aşkar olunub ki, bu da qalanın düşmən hücumuna məruz qalaraq yandırıldığını ehtimal etməyə imkan verir. Ekspedisiya zamanı qalanın arxa hissəsində sahə boyu çoxlu yeraltı küp qəbirlər aşkar olunub. Eyni zamanda rayonun Qıpçaqtəpə adlanan ərazisində 2022-ci ildə aparılan arxeoloji qazıntılar zamanı açılan iki qəbirdən molekulyar bioloji tədqiqatlar üçün diş nümunələri götürülüb.