sa sa 5280
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunun əməkdaşı Siyəzən rayonunda elmi ezamiyyədə olub + Foto İyl 28, 2023 | 11:50 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunun Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Zərintac Rüstəmova 17-19 iyul 2023-cü il tarixlərində b.ü.f.d. Səfər Aşurovun  rəhbərliyi altında Siyəzən rayonunda Beşbarmaq adlanan ərazidə arxeoloji ekspedisiyada olub.  Beşbarmaq dağında qala divarları və 4 bürcü üzə çıxartmaq məqsədilə təşkil olunmuş ekspedisiya zamanı ilk tunc dövrünə və orta əsrlərə aid saxsı qablar,  həmin ərazi üçün qeyri-adi olan maral və digər heyvan sümüklərinin qalıqları, həmçinin müxtəlif bəzək əşyaları və silahlar aşkar olunaraq götürülüb.