sa sa 3042
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Horizon Avropa” proqramı üzrə layihə təkliflərinin yazılmasına dair təlim keçirilib. + Foto İyl 28, 2023 | 16:09 / Konfranslar, iclaslar

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Horizon Avropa” proqramı çərçivəsində təqdim olunan proqramların istiqamətləri və açıq çağırışlar üzrə maarifləndirici seminar keçirilib. AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva ölkəmizin elmi potensialının dünyada tanıdılmasına şərait yaradan “Horizon Avropa” proqramı kimi nüfuzlu layihələrdə alimlərimizi yaxından iştirak etməyə dəvət edib, maliyyələşdirmə imkanları, partnyorlarla əlaqələrin qurulması, tədbirlərdə və konfranslarda iştirak, elmi-tədqiqat qrant layihələrinə müraciət, mövcud imkanlar, Marie Skłodowska-Curie Actions (MSCA), COST və Tibb üzrə işçi proqramları, iştirakçılardan gözləntilər, Azərbaycan üçün təqdim olunan imkanlar haqqında ətraflı məlumat verib. İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov “Horizon Avropa” proqramının 2023-2027-cü illər üçün iş proqramı, çağırışların müəyyənləşdirilməsi, layihə təkliflərinin yazılma qaydası, qiymətləndirmə meyarları barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb. Sonda ekspertlər institut əməkdaşlarının çoxsaylı suallarını cavablandırıblar.