sa sa 5313
MBBİ-də özbəkistanlı alim Fəxrəddin Kuşanovun iştirakı ilə elmi seminar keçirilib + Foto İyl 28, 2023 | 16:52 / Seminarlar

İyulun 28-də Azərbaycanda səfərdə olan Özbəkistan Elmlər Akademiyası Genetika və Eksperimental Biologiya İnstitutunun əməkdaşları – böyük elmi işçi, prof. Fəxrəddin Kuşanov və böyük elmi işçi, PhD Ozod Turayev AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunu ziyarət ediblər. Əvvəlcə qonaqlar institutun laboratoriyaları və burada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olublar. Sonra  elmi seminar keçirilib. İnstitutun baş direktoru, AMEA-nın vitse prezidenti akademik İradə Hüseynova qonaları salamlayaraq belə tədbirlərin keçirilməsinin gələcək əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb. Prof. Fəxrəddin Kuşanov apardığı elmi tədqiqat işlərinin əsas istiqamətləri barədə seminar iştirakçılarına məlumat verib. O qeyd edib ki, hazırda onun rəhbərlik etdiyi laboratoriyada müasir genetik və biotexnoloji metodlardan istifadə etməklə yeni pambıq sortlarının yaradılması və tətbiqi istiqamətində geniş tədqiqatlar aparılır. Pambıq genofondunun kolleksiyasına pambığın  mədəni növlərindən 7500 sortnümunə daxil edilib. Sonda özbəkistanlı alim  MBBİ əməkdaşlarının verdiyi çoxsaylı sualları cavablandırıb.