sa sa 5311
MBBİ-nin əməkdaşı Almaniyanın Leyspiq şəhərinə ezam olunub + Foto Sen 15, 2023 | 10:43 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Zərintac Rüstəmova 01- 29 sentyabr 2023-cü il tarixlərində Almaniyanın Leyspiq şəhərində yerləşən, 2022-ci ildə “Fiziologiya və Tibb” sahəsində Nobel mükafatı almış professor Paabo Svantenin rəhbərlik etdiyi Maks Plank Təkamül Antropologiyası İnstitutuna ezam edilib. 1 aylıq səfərdə məqsəd institutlar arasında elmi əlaqələrin genişləndirilməsi, antropologiya sahəsi üzrə tədqiqatlarda istifadə olunan yeni metodların öyrənilməsi və gələcəkdə birgə elmi araşdırma imkanlarının genişləndirilməsidir. Hazırda qrup rəhbəri Harald Ringbauerin rəhbərliyi ilə arxeoloji qazıntılardan əldə edilən antropoloji materialların Dr. Angela Mötschnin köməyi ilə identifikasiyası və dataya yerləşdirilməsi prosesi həyata keçirilir. Növbəti həftələrdə institutun Jena şəhərində yerləşən laboratoriyasına səfər, Raffaela Bianconun rəhbərliyi ilə burada istifadə olunan yeni arxeoloji metodların mənimsənilməsi nəzərdə tutulur.