sa sa 1369
MBBİ-nin əməkdaşları "Science Camp" Tələbə elmi düşərgəsində iştirak ediblər + Foto Sen 19, 2023 | 03:43 / Mühüm hadisələr

Azərbaycan  Respublikası  Elm  və  Təhsil Nazirliyinin  dəstəyi ilə "Bir Könüllü" Tələbələrin  İctimai Birliyinin "Elm və İnnovasiya" proqramı çərçivəsində "Science Camp" tələbə elmi düşərgəsi təşkil olunub. Düşərgə 11-14 sentyabr tarixlərində Zağulba Tədris İdman Kompleksində baş tutub. Düşərgənin keçirilməsində əsas məqsəd tələbələr arasında elmi inkişafı dəstəkləmək, tədqiqatçılar ilə tələbələr arasında əlaqələrin qurulmasına dəstək olmaq, həmçinin müasir dövrdə elm sahəsindəki problemlər və həll yollarını tələbələrə göstərmək olub. Düşərgənin ilk günü "Elm nədir? Tədqiqat necə aparılır? Elmi işlər və yazılar necə hazırlanır?" mövzusu ilə Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar biotexnologiya beynəlxalq laboratoriyasının böyük elmi işçisi Aytən Ağayeva çıxış edib. Tədbirdə həmçinin MBBİ-nin aparıcı elmi işçisi, dosent Ulduzə Qurbanovanın iştirakı ilə "Karyera harda başlayır" mövzusu üzrə mentor görüş keçirilib. Tələbə elmi düşərgəsində gənclər elmin fizika, kimya və biologiya sahələrini əhatə edən seminar və təlimlərdə iştirak edib, asudə vaxtlarını əyləncləri proqramlar və komanda işinə hazırlaşmaqla dəyərləndiriblər. Sonda bağlanış mərasimi keçirilib və gənclərə sertifikatlar təqdim olunub.