sa sa 5179
Azərbaycanın tanınmış biokimyaçı alimi, biologiya elmləri doktoru, professor Əhəd Nəbiyevin 75 illik yubileyi keçirilib + Foto Sen 20, 2023 | 10:33 / Yubileylər

Azərbaycan   Respublikası  Elm  və  Təhsil  Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, İlham Şahmuradov, biologiya elmləri doktorları professor Səftər Süleymanov, dosent Şahniyar Bayramov, institutun icraçı direktoru Ələmdar Məmmədov Azərbaycan Texnologiya Universitetinin Qida təhlükəsizliyi və Ekspertiza kafedrasının müdiri, b.e.d., professor  Əhəd Nəbiyevin 75  illiyinə  həsr  olunmuş  yubileydə  iştirak etmək   üçün   18-19  sentyabr  2023-cü il tarixlərində Gəncə  şəhərində olublar. Səfər zamanı Azərbaycan Texnologiya  Universitetinin rektoru vəzifəsini icra edən Yaşar Ömərov MBBİ-nin əməkdaşlarını qəbul edib. Görüşdə Azərbaycan Texnologiya Universiteti və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu arasında əməkdaşlığın qurulması məsələləri müzakirə edilib. Görüş zamanı birgə elmi araşdırmaların aparılması, elmi tədbirlərin, konfransların, seminarların təşkili, gənc tədqiqatçılara dəstək, kadr yetişdirilməsi, doktorantlara rəhbərlik kimi məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Yubileylə bağlı tədbir Gəncə Dövlət Dram Teatrında  keçirilib. Professor İbrahim Əzizov Əhəd müəllim ilə Ali Attestasiya Komissiyasında  və Müdafiə şuralarında birgə işlədikləri zaman olan xatirələrini qeyd edərək, onun bir elm xadimi kimi, pedoqoq kimi yüksək insani keyfiyyətlərə malik olmasını xüsusilə vurğulayıb. Ələmdar Məmmədov İnstitutun baş direktoru, akademik İradə xanımın  və MBBİ-nin kollektivi adından Əhəd müəllimi təbrik edərək ona uzun ömür və cansağlığı arzulayıb.  AMEA-nın müxbir üzvü, b.e.d. İlham Şahmuradov hazırlanmış təbrik məktubunu oxuyaraq Əhəd müəllimi MBBİ kollektivi adından təbrik edib. Professor Səftər Süleymanov Əhəd müəllimlə  Müdafiə şurasının sədri olarkən tanış olması, daha sonra münasibətlərin  dostluq səviyyəsinə yüksəlməsi barədə, onun kristal təmiz insan olması, hamıya kömək göstərməsi kimi keyfiyyətləri barədə məlumat verib.

     Sentyabrın 19-da MBBİ-nin nümayəndələri Əhəd müəllimin rəhbərlik etdiyi Qida mühəndisliyi və ekspertiz kafedrasına gələrək, kafedranın professor-müəllim heyəti ilə yaxından tanış olub, kafedranın tarixi və apardığı elmi işlər, əldə etdiyi nailiyyətlər barədə geniş məlumat alıblar. Sonra kafedranın  laboratoriyalarının maddi-texniki bazası və şərab muzeyi ilə tanış olublar.