sa sa 5017
“Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Əsərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb Okt 02, 2023 | 10:12 / Nəşrlər

“Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Əsərləri” jurnalının növbəti nömrəsi (cild VII, №1, 2023) işıq üzü görüb. Jurnalın bu nömrəsi böyük alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 95 illik yubileyinə həsr edilib. Hazırkı nömrədə MBBİ ilə yanaşı, respublikanın, eləcə də Türkiyə və Rusiyanın müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində biologiya, aqrar və tibb elmləri sahəsində aparılan multidissiplinar araşdırmaların mühüm nəticələrini özündə əks etdirən ümumilikdə 27 məqalə yer alıb ki, onların elmi ictimaiyyət tərəfindən maraqla qarşılanacağı şübhə doğurmur.

Qeyd edək ki, beynəlxalq standart seriya nömrələri (çap ISSN – 2709-0744, elektron ISSN – 2709-0752) ilə ingilis dilində nəşr edilən “Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Əsərləri” jurnalı və onun internet saytı (http://www.timbb.az) müasir tələblərə uyğunlaşdırılıb. Jurnal qısa müddətdə AGRİS, ASCI-Database və s. beynəlxalq indeksləşən bazalara daxil edilib və hazırda digər, o cümlədən Scopus və WoS kimi nüfuzlu bazalara düşmək istiqamətində intensiv fəaliyyətlər davam etdirilir.